Azercell-lə Mobil Musiqi limitsiz oldu!

saytların hazırlanması

Evə çatdırılma

Azercell-lə Mobil Musiqi limitsiz oldu!

Rəqəmsal

11 Mart 2020 16:32 1267


Rəqəmsal sahədə innovasiyaları ilə seçilən, müasir texnologiyalar və effektiv həllər vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən “Azercell Telekom” MMC abunəçilərinə daha bir kampaniya təqdim edir. 

08.03.2020 tarixindən etibarən Azercell abunəçiləri Zvuk Aylıq paketinə qoşulmaqla mobil internetə əlavə heç bir ödəniş etmədən xidmətdən Azercell şəbəkəsində tam limitsiz istifadə imkanı əldə edir. Belə ki, bir smartfonda 40 milyondan artıq musiqi parçası, ən populyar pleylistlər, üç dildə menyu, sosial şəbəkələrdə musiqi paylaşmaq və digər imkanları olan bu mobil tətbiq çərçivəsində *707#YES yığıb Zvuk aylıq paketinə qoşulan hər kəs musiqi dinləyərkən mobil internetdən limitsiz faydalanacaq. 

Nəzərinizə çatdıraq ki, kampaniya 15.04.2020 tarixinədək qüvvədədir.  pizza sifarişi

Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/zvuk_yaz_2020/ müraciət edin. 

Qeyd edək ki, 10.02.2017-ci il tarixindən etibarən Azercell abunəçilərinin istifadəsinə təqdim olunan Zvuk xidməti vasitəsilə istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək öz play listini yaratmaq imkanı yaradılıb. Xidmətə qoşulmaq üçün Google Play və ya AppStore-dan mobil tətbiqi yükləmək, qeydiyyat üçün sadəcə tətbiqdə mobil nömrəni daxil edib, əvəzində SMS vasitəsilə gələn unikal kodu təkrarən mobil tətbiq üzərindən əlavə etmək lazımdır.

Bu yaz – Azercell-in təqdimatında Zvuk-u smartfona yazmağın əsl vaxtıdır!

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!