Azercell nüfuzlu mükafat aldı

saytların hazırlanması

Evə çatdırılma

Azercell nüfuzlu mükafat aldı

Sosial

13 Fevral 2019 19:28 658


“Azercell Telecom” MMC  8 fevral tarixində Bakı şəhərində keçirilən “Oracle Cloud Day”  illik konfransı çərçi əsində  nüfuzlu “Oracle Innovation Award” (“Oracle İnnovasiya  Mükafatı”) ilə təltif edilib. 

“Yeni Sabah” xəbər verir ki, qeyd edilən mükafat  “Oracle Excellence Awards” (“Oracle Mükəmməllik Mükafatı”) qlobal programının bir hissəsidir. Namizədlər layihənin  unikallığı, biznes üçün innovasiyanın üstünlüyü, şirkətin ölçüsünə nəzərən  həllin miqyasının müqayisəsi, onun çətinliyi və mürəkkəbliyi, arxitekturanın orijinallığı kimi  meyarlar üzrə dəyərləndiriliblər. 

Qeyd edək ki, Azercell Azərbaycanda İT sahəsinə etdiyi töhfəyə görə bu mükafata layiq görülüb. “Oracle Innovation Award” qabaqcıl həllər,  texnologiyalar və Oracle bulud xidmətləri vasitəsilə  çevikliyin artırılması, xərclərin  azaldılması, əməliyyatların sürətləndirilməsi, İT infrastrukturunun sadələşdirilməsi  sayəsində nəzərəçarpan biznes nəticələri əldə edən və dəyişikliyə nail olan şirkətlərə  təqdim olunur. Qaliblər onlarla şirkətlərin sırasından seçilir. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!