Azercell “Təhlükəsiz internet”in təbliğinə start verir 

saytların hazırlanması

Evə çatdırılma

Azercell “Təhlükəsiz internet”in təbliğinə start verir 

Rəqəmsal

12 Dekabr 2023 09:30 5704


Layihə uşaqlar üçün nəzərdə tutulmuş beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında həyata keçirilir 

Azercell  şagird və valideynlər üçün “Təhlükəsiz internet” layihəsinə start verir. Layihənin məqsədi şagirdləri onlayn təhdidlər barədə, valideynləri isə övladlarının onlayn məkanda  üzləşə biləcəkləri təhlükələrlə bağlı maarifləndirmək və mübarizə yolları haqqında məlumat verməkdir. “Təhlükəsiz internet”in Bakı, Sumqayıt, Naxçıvan, Lənkəran, Saatlı, Quba, Goranboy və İsmayıllı şəhərlərində həyata keçirilməsi nəzərdə tutulub. 

Uşaqlar üçün nəzərdə tutulmuş sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçiriləcək dərslərdə iştirakçılar aşağıdakı mövzularla tanış olacaqlar:  pizza mizza

•    virtual tanışların yoxlanılması;

•    şəxsi məlumatların sosial şəbəkələrdə istifadəsi və qorunması;

•    şəxsi məlumatların daxil edilməsini tələb edən müsabiqələrdə iştirakdan imtina;

•    şəbəkədə fırıldaqçıları və cinayətkarlarının əsas hiylələri;

•    trollinq, kiberbullinq (onlayn qısnama) və ya qeyri-münasib onlayn davranış hallarında kimə və ya hara müraciət etmək 

Layihə çərçivəsində keçiriləcək dərslər “GID CSR Consulting”in peşəkar təlimçiləri tərəfindən aparılacaq. “Təhlükəsiz internet”də 300-dən çox uşaq və 100-dən çox valideynin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Azercell 2016-cı ildən mütəmadi olaraq, uşaqlar və onların valideynləri üçün internet təhlükəsizliyi haqqında  maarifləndirici layihələr həyata keçirdir. Bu illər ərzində 1500-dən çox internet istifadəçisi bu cür layihələrdən yararlanıb.  


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!