“Azercell Telekom” MMC növbəti dəfə Xəzər Universitetində ənənəvi olaraq təşkil olunan İş Sərgisində tələbələrlə görüşüb.
“Yeni Sabah” xəbər verir ki, Azercell-in İnsan Qaynaqları departamentinin mütəxəssisləri sərgi iştirakçılarına şirkətdə mövcüd karyera imkanları və xüsusi olaraq tələbələr üçün keçirilən proqramlar barədə geniş məlumat təqdim ediblər.
Qeyd edək ki, bu il Azercell tələbələr üçün yeni "Azercell-Lab"- ödənişli təcrübə proqramını elan edib. Layihənin məqsədi Rəqəmsal Texnologiyalara marağı olan tələbələrə dəstək olmaq və onları telekom sahəsinin ən son yeniliklərləri ilə daha yaxından tanış olmağa dəvət etməkdir. Seçim mərhələlərini uğurla keçən tələbələr “"İT-lab" və "Biznes-lab" inkubasiya mərkəzlərində 6 aylıq ödənişli təcrübə keçmək, Azercell tərəfindən həyata keçirilən sosial layihələrdə, müxtəlif təlimlərdə və şirkətin korporativ tədbirlərində iştirak etmək imkanı əldə edirlər. Toyuqlu pizza
Məlumat üçün bildirək ki, Azercell daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən tələbələrə Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir.
Telegram kanalımız