"Azercell Telecom" MMC Türkiyənin İstanbul şəhərində baş verən zəlzələ ilə əlaqədar bu ölkədə səfərdə olan abunəçilərinin nömrələrinə 400 MB internet paketi yükləyib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.
Qeyd olunub ki, Türkiyədə səfərdə olan abunəçilərin nömrələrinə internet paketlərinin yüklənməsi İstanbul şəhərində qeydə alınan yeraltı təkanlarla əlaqədar olaraq, ailələri və yaxınları ilə kəsintisiz əlaqəni təmin etmək məqsədi daşıyır. Marqarita pizza
"Təcili hallarda Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinə müraciət etməyiniz xahiş olunur. Əlaqə nömrəsi +903124911681", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, bu gün günorta saatlarında Türkiyənin İstanbul şəhərində 5.8 gücündə zəlzələ olub.

Telegram kanalımız