Azercell xeyirxah çağırışa qoşuldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azercell xeyirxah çağırışa qoşuldu - Foto

Rəqəmsal

13 May 2020 13:37 1303


Azercell öz əməkdaşlarının timsalında növbəti mühüm sosial layihəni gerçəkləşdirib.

Yenisabah.az bildirir ki, mayın 12-də şirkətdə Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası təşkil olunub. Şirkətin prezidenti Vahid Mürsəliyev və bəzi departament direktorları da daxil olmaqla, Azercell əməkdaşları qana ehtiyacı olan uşaqların köməyinə çatmaq üçün bu humanist aksiyada həvəslə iştirak ediblər.

Mərkəzi Qan Bankının həkim heyəti tərəfindən həyata keçirilən aksiyaya “Azercell Telekom” MMC-nin çoxsaylı əməkdaşı qatılıb. Peşəkar tibb vasitələrinin tətbiqi ilə icra edilən prosedur zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Həkim-hematoloqlar hər bir donoru hərtərəfli tibbi müayinə etdikdən sonra onlardan qan götürüblər. Toplanmış qan ehtiyatı Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı şöbəsində qeydiyyata alınmış və qan köçürülməsinə ehtiyac duyan uşaqlara yönəldiləcək. Toyuqlu pizza

Aksiyanın məqsədi talassemiya və hemofiliya, eləcə də digər irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım etməklə yanaşı, cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etməkdir. Çünki karantin rejiminin tətbiqi ilə əlaqədar yaranmış qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrə mənfi təsir göstərə bilər. 

Qeyd edək ki, Azercell Telekom həm korporativ səviyyədə, həm də içilərinin təşəbbüsü ilə COVID-19 pandemiyası dövründə bir çox sosial layihə və xeyriyyə aksiyaları həyata keçirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!