Azercell yeni “Sadə“ tarif paketini təqdim edir

saytların hazırlanması

Evə çatdırılma

Azercell yeni “Sadə“ tarif paketini təqdim edir

Sosial

17 Aprel 2019 20:33 1326


Ölkənin telekommunikasiya bazarında ən sərfəli təklifləri təqdim etməyi hədəfləyən Azercell, yeni "Sadə" tarif paketini abunəçilərinin istifadəsinə verib.

Aprel ayının 16-dan etibarən, Azercell-in Sim-Sim abunəçiləri yeni "Sadə" tarif paketi çərçivəsində həftəlik “S2” və aylıq “S6” paketlərdən yararlana biləcəklər. Beləliklə, Azercell abunəçiləri həftədə  2 AZN ödəməklə 150 şəbəkədaxili dəqiqə və 150 şəbəkədaxili SMS, ayda 6 AZN ödəməklə isə 500 şəbəkədaxili dəqiqə və 500 şəbəkədaxili SMS həcmində paketlərdən faydalanma imkanı əldə edirlər. Həftəlik paket sifariş etmək üçün S2 açar sözünü, aylıq paket üçün isə S6 açar sözünü 7575 qısa nömrəsinə göndərmək kifayətdir.

Artıq daha az ödəniş etməklə, Azercell-dən daha çox pulsuz SMS və dəqiqələr əldə edin! Azercell-in sərfəli "Sadə" tarif paketindən faydalanaraq sevdiklərinizlə danışıqlarınıza sərhəd qoymayın! pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!