Azercell yeni Smartfon kampaniyasını təqdim edir!

saytların hazırlanması

Evə çatdırılma

Azercell yeni Smartfon kampaniyasını təqdim edir!

Rəqəmsal

02 İyul 2024 17:03 6479


Texnoloji həlləri və yeni model smartfonları abunəçilər üçün əlçatan edən “Azercell Telekom” Azercell Smartfon Kampaniyasını təqdim edir. 

Xüsusi təkliflə çıxış edən lider mobil operator 4 fərqli OPPO Smartfonlarından birini  əldə edən müştərilərə 12 ay müddətinə 1GB internet paketi hədiyyə təqdim  edəcək. Telefonlar 279 AZN-dən başlayan qiymətlərlə nağd şəklində satışa təqdim olunur. 1GB hədiyyə internet paketi 12 ay boyunca hər 30 gündən bir avtomatik qaydada yenilənəcək.

Kampaniyaya qoşulmaq üçün yeni və mövcud fakturalı və fakturasız (SimSim) xətt abunəçiləri Azercell-in rəsmi satış mərkəzlərinə və ya Kontakt Home mağazalar şəbəkəsinə müraciət edə bilərlər.  pizza sifarişi

Kampaniya 31.07.2024-cü il tarixinədək davam edəcək. 

Daha ətraflı məlumatla https://www.azercell.com/az/personal/campaigns/special-offers/oppo-smartfonlari-1gb.html səhifəsində tanış olmaq mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!