“Azercell”in mağazalarından “iPhone” alanlara 3 aylıq 50GB hədiyyə olunacaq

saytların hazırlanması

Evə çatdırılma

“Azercell”in mağazalarından “iPhone” alanlara 3 aylıq 50GB hədiyyə olunacaq

Rəqəmsal

09 Oktyabr 2021 15:24 3708


"Azercell" böyük məmnuniyyətlə oktyabrın 15-dən etibarən uzun müddətdir gözlənilən "iPhone 13", "iPhone 13 Pro" və "iPhone 13 Mini" smartfonlarının "Azercell"in satış mərkəzlərində müştərilərə təqdim olunacağını elan edir.

Şirkətdən Yenisabah.az-a verilən xəbərə görə, ölkə ərazisini yüksək keyfiyyətli 4G şəbəkəsi ilə təmin edən "Azercell" "Apple" şirkətinin istehsal etdiyi ən yeni nəsil cihazlar ilə inanılmaz sürətdən zövq almaq imkanı yaradır.

Belə ki, "Azercell"in eksklüziv mağazalarından "iPhone 13", "iPhone 13 Pro" və" iPhone 13 Mini" smartfonları əldə edən müştərilərə ölkənin aparıcı mobil operatoru tərəfindən 3 ay müddətində 50GB həcmində internet paketi hədiyyə olunacaq. Dominos pizza

Qeyd edək ki, ölkənin rəqəmsal həllər təchizatçısı olan "Azercell Telecom" "Apple Inc." şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşıdır. Ən müasir texnologiyanı istifadəçi rahatlığı ilə bir araya gətirən yeni "iPhone" modelləri "Super Retina XDR" displeyləri, enerjiyə qənaət etməyə imkan verən batareya, daha səmərəli A15 çipi və sürətli enerji yığma sistemi ilə təchiz olunub.

Yeni "iPhone" modelinin limitsiz imkanlarını "Azercell"lə kəşf etmək üçün 8 oktyabrdan başlayaraq sifarişinizi qeyd edin və ən qabaqcıl "iPhone" cihazlarından ilk zövq alanlardan biri olun.

Ətraflı məlumat üçün https://www.azercell.com saytına daxil olun.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!