“Azercell“in rəqəmsal xidmətləri “Umico“ya əlavə edildi

saytların hazırlanması

Evə çatdırılma

“Azercell“in rəqəmsal xidmətləri “Umico“ya əlavə edildi

Maraqlı

09 İyul 2021 14:59 887


Azərbaycanın lider mobil operatoru “Azercell” şirkəti rəqəmsal xidmətlərini müştəriləri üçün daha da əlçatan edib.

Şirkətdən Yenisabah.az-a verilən məlumata görə, artıq “Azercell” abunəçiləri “Umico” platforması üzərindən “Azercell”in BluTV, SberZvuk, IVI, Bookmate, NNTV kimi rəqəmsal həllərini aktiv edə bilərlər.Xidmətdən istifadə qaydası çox sadədir. Bunun üçün öncə “Umico” tətbiqini "App Store” və ya "Play Store”dan yükləmək lazımdır. Daha sonra “Umico”da “Bonunslar” səhifəsinə keçid edib “Azercell - Keşbekli xidmətlər” bölümü seçilməlidir.

Tətbiq vasitəsilə “Azercell”in rəqəmsal həllərinə günlük, həftəlik və aylıq paketlər şəklində qoşulmaq mümkündür. Qeyd edək ki, hazırda xidmət haqqı “Azercell” mobil nömrəsinin balansından tutulur. Dördpendirli pizza

“Azercell”in rəqəmsal məhsullar portfeli ilə https://www.azercell.com/az/personal/digital-solutions.html ünvanından tanış olmaq olar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!