“Azərenerji” Dispetçer İdarəetmə Mərkəzini yenidən qurur

saytların hazırlanması

Evə çatdırılma

“Azərenerji” Dispetçer İdarəetmə Mərkəzini yenidən qurur

Sosial

12 Fevral 2019 16:52 775


“Azərenerji” ASC etibarlılıq və təhlükəsizliyi gücləndirmək üçün enerjisistemin Dispetçer İdarəetmə Mərkəzini yenidən qurur. 

“Yeni Sabah” xəbər verir ki, bununla ölkənin enerji sistemi həm idarəetmə, həm də kiber hücumlara qarşı daha dayanıqlı olacaq. Artıq yüksəkgərginlikli elektrik ötürmə xətləri və yarımstansiyalarda qəzaların qarşısını almaq məqsədilə gərginliyin kəskin düşməsinin qarşısını alan mikroprossesor texnikası əsasında əks-qəza avtomatikası işə salınıb.

Yenilənəcək SCADA sistemi daha çox enerji obyektini əhatə etməklə müasir idarəetməni nəzərdə tutur və tam avtomatlaşdırılacaq. Hazırda istismarda olan SCADA idarəetmə sistemi 45 enerji obyektini əhatə edir. SCADA layihəsinin həyata keçiriləcək ikinci mərhələsi çərçivəsində 30 elektrik stansiyasının və 150-yə yaxın yarımstansiyanın əhatə olunması nəzərdə tutulur. pizza mizza

Yeni sistemin imkanları geniş olacaq və müstəqil enerji istehsalçılarının qoşulmasına da imkan yaranacaq. Eyni zamanda yeni sistem elektrik enerjisinin istehsalının və ötürülməsinin müasir texnoloji səviyyədə həyata keçirilməsinə imkan yaradacaq. Bu da ötürmə itkiləri və stansiyalarda yanacaq sərfi nəzərə alınmaqla enerji sisteminin rejimlərinin optimallaşdırılmasına və çəkilən xərclərin minimallaşdırılmasına gətirib çıxaracaq. Bundan başqa kiber hücumlara dayanıqlı olmaqla, qonşu ölkələrin sistem operatorlarının istifadə etdikləri SCADA sistemlərinin məlumat mübadiləsini, o cümlədən idxal-ixrac əməliyyatlarının yüksək səviyyədə təmin edilməsinə bilavasitə texniki dəstək olacaq. Eyni zamanda yeni sistemin tərkibində elektrik enerjisi bazarını (spot- bazar və balanslaşdırıcı bazar) texnoloji cəhətdən dəstəkləyən alt-sistem nəzərdə tutulacaq.

Hazırda xarici məsləhətçi şirkətin nümayəndəsinin iştirakı ilə texniki spesfikasiya hazırlanır və mart ayında xarici şirkətlərin də iştirakı ilə tender keçiriləcək. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!