“Azərenerji” əməkdaşları kütləvi halda işdən çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

“Azərenerji” əməkdaşları kütləvi halda işdən çıxarılır

Xalqın səsi

24 Yanvar 2019 20:19 1481


“Azərenerji”də kütləvi ixtisarlar başlayıb. Bu haqda Azpolitika.info saytı xəbər yayıb. 

Sayta müraciət edən şikayətçilər bildirib ki, “Mingəçevir” SES-in və “Varvara” SES-in mühafizəsini həyata keçirən Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin işçilərinin kütləvi şəkildə işdən çıxarılır.  İşdən çıxarılanlar Azəbaycan Prezidentinə və Birinci vitse-prezidentə şikayət məktubları göndəriblər. Məktubda şikayətçilər “Azərenerji” ASC-nin yeni rəhbərliyinin onların ailələrini ac qoyduğu, 60 nəfərə yaxın insanı heç bir qanuni əsas göstərilmədən işindən məhrum etdiyi bildirilir. Qeyd olunur ki, onları ASC-nin indiki rəhbəri Baba Rzayevin göstərişi ilə işdən azad ediblər. Şikayətçilərin yazdığına görə, onlara işdən çıxmaq haqda könüllü ərizə yazmaq təklif olunub, buna razı olmayanlar isə heç bir ödəniş ala bilməyəcəkləri ilə hədələniblər.

“Ancaq bu tələb qanuna ziddir. “Azərenerji” rəhbərliyinin gətirdiyi bəhanə uzun illərdir burada çalışan insanların işdən azad olunması üçün qanuni səbəb ola bilməz”, - deyə məktubda vurgulanır. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!