“Azerenerji”də nə baş verir? - İxrac gəlirlərində 45 milyon dollarlıq azalma

saytların hazırlanması

Evə çatdırılma

“Azerenerji”də nə baş verir? - İxrac gəlirlərində 45 milyon dollarlıq azalma

İqtisadiyyat

29 May 2025 19:32 990


“Azerenerji”nin ixrac gəlirləri kəskin azalma davam edir.  

“Yeni Sabah” xəbər verir ki, ASC ilin ilk dörd ayında cəmi 1,8 milyon, təkcə aprel ayında isə 800 min ABŞ dollar həcmində enerji ixrac edib. 

Ötən ilin yanvar-aprel aylarında isə bu rəqəm 47,3 milyon dollara bərabər olub. Başqa sözlə, son bir ildə “Azerenerji”nin enerji ixracından gəlirləri 96,2% və ya 45,5 milyon dollar azalıb.   pizza

Qeyd edək ki, ASC dövlət şirkətləri arasında qeyri-neft məhsulları ixracına görə 8-ci yerdə qərarlaşıb. 

Xatırladaq ki, ötən ilin oktyabrın 10-da baş nazir Əli Əsədovun sərəncamı ilə "Azərenerji”nin sədri Balababa Rzayevə şiddətli töhmət elan edilib. Buna əsas səbəb kimi 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etməsi göstərilib. Ümumilikdə isə 2024-cü ildən etibarən dövlət şirkətinin enerji ixracı üzrə gəlirləri kəskin azalır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!