“Azeri Light”ın qiyməti 70 dolları ötdü

saytların hazırlanması

Evə çatdırılma

“Azeri Light”ın qiyməti 70 dolları ötdü

İqtisadiyyat

29 Yanvar 2026 09:38 393


Dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 70,37 ABŞ dolları təşkil edib.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!