“Azərişıq“ ASC Qarabağda Peşə Ustalığı yarışına start verdi

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq“ ASC Qarabağda Peşə Ustalığı yarışına start verdi

İqtisadiyyat

22 May 2025 16:55 405


"Azərişıq" ASC-nin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş elektroenergetika sahəsində "Gənc Mütəxəssislərinin Peşə Ustalığı” yarışlarına start verilib. 

Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim Tədris Kompleksində keçirilən açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyatı, dərin irsi, Azərbaycanın energetika sektoruna göstərdiyi diqqət və qayğısı haqqında videoçarx təqdim olunub. 

Rəsmi hissədən sonra yarışlara start verilib. İntelektual yarışda ümumilikdə 13 komanda - “Qız qalası”, “Şirvanşahlar”, “Odlar yurdu”, “Naxçıvan”, “Qarabağ”, “Aran”, “Şimal-qərb”, “Qərb”, “Mərkəzi-Aran”, “Şirvan”, “Xaçmaz”, “Sumqayıt”, “Cənub” komandaları peşə bilik və bacarıqlarını sınayıblar. İştirakçı komandalara ümumilikdə 50 sual ünvanlanıb. Cavablar təcrübəli energetiklərdən təşkil olunmuş münsiflər heyəti tərəfindən qiymətləndirilib.   pizza sifarişi

İlk günün yekunlarına əsasən  "Aran" komandası birinci, "Şimal-qərb" ikinci, "Odlar yurdu" komandası üçüncü yerə layiq görülüb. Qalib komandalar diplom və kubokla mükafatlandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!