“Azərişıq” maşını dərəyə uçdu: ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” maşını dərəyə uçdu: ölən və yaralananlar var

Hadisə

18 Sentyabr 2019 11:17 1169


Qubada Azərişıq ASC-nin əməkdaşları qəzaya uğrayıb, ölən və yaralananlar var. 

“Yeni Sabah” xəbər verir ki, Azərişıq ASC-nin Şimal Regional İdarəsinin Sumqayıt bölməsinin əməkdaşları Yüksək gərginlikli elektrik xətlərinə baxış keçirməyə gedərkən, rayonun Söhüb kəndi ərazisində yamacda UAZ markalı avtomobildə yaranmış texniki nasazlıq səbəbindən dərəyə yuvarlanıblar.

Nəticədə, avtomobildə olan Namik Rüstəmov və Zahid Qurbanov hadisə yerində ölüb, İlkin adlı sürücü və avtomobildə olan Saleh adlı digər şəxs yaralanıb.  pizza mizza

Yaralıları gətirmək üçün QubaRayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobilləri hadisə yerinə gedib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gedib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!