“Azərişıq” sayğacı baş-ayaq quraşdırdı - Video

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” sayğacı baş-ayaq quraşdırdı - Video

Rəsmi

24 Mart 2019 21:59 1326


Qubada elektrik sayğacı “başıaşağı” quraşdırılıb.

“Yeni Sabah” xəbər verir ki, bu qeyri-adi sayğac həmin küçədən keçən hər kəsin diqqətini cəlb edir. Rayonun İqrıq kəndində yaşayan Mübariz Abdullayevin evinə elektrik sayğacını Quba Rayon Elektrik Şəbəkəsinin  (REŞ) mütəxəssisləri quraşdırıb. 

Sayğacadək  olan naqillər elektrik dirəyi əvəzinə taxta parçasına bərkidilib və “baş-ayaq” dayanmış sayağaca ötürülüb. Marqarita pizza

İndi ev sahibi hər dəfə sayğaca baxmaq istəyəndə boynunu ən az 90 dərəcə sağa və ya sola əymək məcburiyyətində qalır.

Hələ bu azmış kimi, "mütəxəssislər" elektrik dirəyini darvazanın düz ortasında bastırıblar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!