“Azərişıq“ sədri regionlarda vətəndaşları qəbul edəcək

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq“ sədri regionlarda vətəndaşları qəbul edəcək

Xalqın səsi

07 Aprel 2022 12:44 819


"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov regionlarda yaşayan vətəndaşları qəbul edəcək. 

Qurumdan "Yeni Sabah"a verilən məlumata görə, Vüqar Əhmədov aprelin 8-i saat 10:00-da Gəncə şəhərində Gəncə, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul “Azərişığ”ın Gəncə şəhəri, Rüzgar Qasımov küçəsi, dalan 2, bina 10 ünvanında yerləşən Qərb RETSİ-nin inzibati binasında keçiriləcək.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq. Marqarita pizza

Qəbulda iştirak etmək istəyən şəxslər Gəncə EŞ-ə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!