“Azərkosmos”  6 milyon dollarlıq xidmət ixrac edib

saytların hazırlanması

Evə çatdırılma

“Azərkosmos” 6 milyon dollarlıq xidmət ixrac edib

Rəqəmsal

01 İyun 2019 09:41 1694


2019-cu ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 18 ölkəsinə 13,7 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. 

“Yeni Sabah” xəbər verir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2019-cu ilin aprel ayında isə “Azərkosmos” ASC dünyanın 17 ölkəsinə 6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-aprel aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya, Fransa, Birləşmiş Krallıq, BƏƏ-dir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!