“Azərsüd” mükafat qazanıb

saytların hazırlanması

Evə çatdırılma

“Azərsüd” mükafat qazanıb

İqtisadiyyat

16 Mart 2026 14:47 341


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda Forum keçirilib.

Tədbirdə Baş nazirinin müavini Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov , qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli  və digər dövlət rəsmiləri çıxışlar edərək 2025-ci ildə əldə olunmuş nəticələr, ölkəmizin dayanıqlı inkişafı istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüblər.

Forum çərçivəsində Azərbaycanın ən sevilən markalarından olan “Azərsüd” təltif edilib. Adıçəkilən brend “Regionlar üzrə vergi rekordçusu” nominasiya üzrə mükafat qazanıb. Dominos pizza

Qeyd edək ki, 2013-cü ildə “Azərsun Holdinq” tərəfindən Kürdəmir Süd Emalı Zavodu adı altında istismara verilən müəssisə regionların iqtisadi inkişafında mühüm rol oynayır.  Ölkənin ərzaq təhlükəsizliyi və əhalinin yüksək keyfiyyətli süd məhsulları ilə təminində böyük rol oynamaqla yanaşı, məşğulluğunun təmin edilməsi, sosial-rifah halının yüksəlməsinə töhfələr vermiş zavod daha öncədə müxtəlif mükafat və sertifikatlarla təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!