“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək

saytların hazırlanması

Evə çatdırılma

“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək

İqtisadiyyat

05 Mart 2026 11:24 1333


Azərbaycanın aparıcı şirkətlər qruplarından biri olan “Azərsun Holdinq” sosial məsuliyyət strategiyasına sadiq qalaraq, “Azərbaycan Uşaqları” İctimai Birliyi ilə əməkdaşlığa başlayır.

Layihə çərçivəsində ölkənin aparıcı qida şirkətlərindən biri olan “Azərsun Holdinq” həssas qrupa aid uşaqların yaşadığı sığınacağın zəruri ehtiyaclarını təmin edəcək. Eyni zamanda, uşaqların təhsili, sosial bacarıqlarının inkişafı və fərdi potensiallarının üzə çıxarılması istiqamətində birgə layihələr həyata keçiriləcək.

“Azərsun Holdinq” üçün sosial məsuliyyət sadəcə korporativ siyasət deyil, bu, cəmiyyətə töhfə vermək və gələcəyin sağlam nəslinin formalaşmasına dəstək olmaq missiyasıdır. Dördpendirli pizza

Qeyd edək ki, tərəflər uzunmüddətli və davamlı təsir yaradacaq proqramların icrasını hədəfləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!