“Azərsun Holdinq” gənclər üçün marketinq müsabiqəsi elan edir

saytların hazırlanması

Evə çatdırılma

“Azərsun Holdinq” gənclər üçün marketinq müsabiqəsi elan edir

İqtisadiyyat

23 Yanvar 2026 15:10 1375


 “Azərsun Holdinq”in təşəbbüsü ilə Azərbaycanda gənclər arasında keçirilən “Brand Boom” marketinq müsabiqəsi ikinci dəfə təşkil olunur.

“Brand Boom”un əsas məqsədi gənclərdə innovativ düşünmə tərzini formalaşdırmaq, marketinq strategiyalarının hazırlanması və real layihələr üzərində işləmə bacarıqlarını gücləndirməkdir. Ölkədə bu formatda marketinq müsabiqəsi ilk dəfədən böyük maraqla qarşılanıb və geniş iştirakçı auditoriyası toplayıb. Bu səbəblə yenidən təşkil edilir.

“Yaradıcılığın qazandırsın!” şüarı ilə həyata keçirilən “Brand Boom” müsabiqə iştirakçılarına seçilmiş marka üzrə yaradıcı ideyalarını təqdim etmək üçün əlverişli platforma, yaradıcılıq və strateji düşünmə bacarıqlarını kəşf etmək üçün təcrübə, dəyərli hədiyyələr və digər imkanlar təqdim edir. Bununla bərabər qalib komanda “Azərsun Holdinq”də təcrübə keçmək şansı qazanacaq. pizza hut

Müsabiqədə iştirak etmək üçün gənclərdən komanda formalaşdırmaq, qeydiyyatdan keçmək və innovativ ideyalarını təqdim etmək tələb olunur.

Son qeydiyyat tarixi: 16.02.2026

“Brand Boom” layihəsi haqqında daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün brandboom.azersun.com saytına daxil ola bilərsiniz.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!