Nazirlər Kabineti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarlarda dəyişiklik edib.
“Yeni Sabah” xəbər verir ki, dövlət vəsaitləri hesabına inşa edilən və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istismar olunan, texniki xidmət göstərilən aşağıdakı dövlət əmlakları həmin cəmiyyətin balansına verilməklə, onun nizamnamə kapitalına yönəldilib:
- “Abşeron rayonu, Masazır qəsəbəsi Duz gölü ətrafında çirkab axıntılarının qarşısının alınması üçün kanalizasiya xəttinin və nasos stansiyaları kompleksinin inşası” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 6 900 000 manat olan 14,575 km uzunluğunda kanalizasiya kollektoru, 1 ədəd kanalizasiya nasosxanası, 1 ədəd yerindəyüksəltmə nasosxanası və 1 ədəd suqəbuledici kamera; Pepperoni pizza
- “Sumqayıt şəhərində Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1 855 000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kamera;
- “Sabunçu rayonu, Maştağa qəsəbəsinin magistral su kəmərinin və Xəzər rayonu, Buzovna qəsəbəsinin su təchizatı sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 5 450 000 manat olan 6,7 km uzunluğunda magistral su xətti və 17,1 km uzunluğunda su şəbəkəsi.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə isə aşağıdakı dəyişikliklər edilib:
- 4.1-ci bənddə “408 749 120 (dörd yüz səkkiz milyon yeddi yüz qırx doqquz min yüz iyirmi)” rəqəmləri və sözləri “422 954 120 (dörd yüz iyirmi iki milyon doqquz yüz əlli dörd min yüz iyirmi)” rəqəmləri və sözləri ilə əvəz edilib;
- 4.2-ci bənddə “20 437 456 (iyirmi milyon dörd yüz otuz yeddi min dörd yüz əlli altı)” rəqəmləri və sözləri “21 147 706 (iyirmi bir milyon yüz qırx yeddi min yeddi yüz altı)” rəqəmləri və sözləri ilə əvəz edilib.
Telegram kanalımız