Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrasının ingilis dili müəllimləri üçün keçirilən “Mini CELTA” təlimi bu gün yekunlaşıb.
“Yeni Sabah” xəbər verir ki, təlimdə AzMİU-nun 19 müəllimi iştirak edib. Böyük Britaniyanın Lester Universitetinin mütəxəssisi Dagmara Grabas tərəfindən 1 həftəlik təlimi uğurla başa vuran müəllimlər sözügedən universitetin sertifikatlarını əldə ediblər.
Qeyd edək ki, təlim Britisih Council Azərbaycan şirkətinin təşkil etdiyi “Creative Spark” proqramı çərçivəsində keçirilir. Bu artıq Lester Universiteti tərəfindən AzMİU-nun müəllimlərinə keçirilən 4-cü belə təlimdir. Toyuqlu pizza
Telegram kanalımız