“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş

saytların hazırlanması

Evə çatdırılma

“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş

Siyasət

26 Dekabr 2025 23:45 2963


Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan və barəsində məhkəmə qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilən Ruslan Eyyubovun Azərbaycanda və xarici ölkələrdə çoxsaylı daşınmaz əmlaka və biznes obyektlərinə sahib olduğu bildirilir.

"Yeni Sabah" “Unikal”a istinadən xəbər verir ki, ümumilikdə 109 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi və 1 sıxılmış təbii qaz (CNG) terminalı daxil olan “Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsusdur.

R. Eyyubov Prezidentin şəxsi mühafizə xidmətinin keçmiş rəhbəri Bəylər Eyyubovun qardaşı oğludur və uzun illər ərzində böyük həcmdə sərvət toplayıb. Toyuqlu pizza

Xatırladaq ki, “Azpetrol” şirkəti daha əvvəl keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevə məxsus olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!