"Mərkəzi bank və digər bank rəhbərlərinə müraciət etmişik ki, müharibə əlilləri, şəhid ailələrinə güzəşt etmək lazımdır. Fərmanda da bildirilib ki, sosial vəziyyəti aşağı olanlar nəzər alınsın, güzəştlər edilsin”.
“Yeni Sabah” xəbər verir ki, bunları “Yeni Müsavatın” canlı yayımında deputat Vahid Əhmədov deyib. O, həmçinin bank rəhbərlərinə minnətdarlığını bildirib və qeyd edib ki, indiyə qədər etdiyimiz müraciətlərimizə müsbət yanaşıblar, müsbət addımlar atıblar.
“Təkliflərimiz Fərmana uygundur. Biz 1000 dollara qədər olan kreditlərin silinməsini təklif etmişdik. Prezidentin Fərmanına görə, aztəminatlı ailələr, sosial vəziyyəti gərgin olanlara müəyyən qədər güzəştlər nəzərdə tutulur. Qalan məsələlər, faizlərin silinməsi, qalan ödənişin edilməsi təkliflərimiz ilə eynidir. Dominos pizza
Əsas məsələ problemli kredit məsələsi və gələcəkdə problem yaranmaması üçün bank sisteminin sağlamlaşdırılması idi”.
Əsmər Qabil
Telegram kanalımız