AzTV aksiyada niyə səsgücləndiricilərdən istifadəni təmin etmədi? – İttihamlara cavab + Vİdeo

saytların hazırlanması

Evə çatdırılma

AzTV aksiyada niyə səsgücləndiricilərdən istifadəni təmin etmədi? – İttihamlara cavab + Vİdeo

Rəqəmsal

16 İyul 2020 19:22 1395


“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC)iyulun 15-i Bakıda Azərbaycan ordusuna dəstək məqsədilə təşkil olunmuş aksiyalarla bağlı ittihamlara cavab verib.

Yenisabah.az xəbər verir ki, AzTV-nin “Çıxışa doğru” tok-şousunun aparıcısı verilişdə bu barədə açıqlama verərək bildirib ki, QSC aksiyanı səsgücləndiricilərlə təmin etmək istəyib:

“Əməkdaşlarımız ön sıralarda idi. Aksiya əvvəlcədən təşkil olunmadığından hazırlıq görülməmişdi. Buna baxmayaraq, onlar aksiyanı səsgücləndiricilərlə təmin etmək istədilər. Biz nə qədər cəhd etsək də, təxribatlara əl atıldı. Kabellər bir neçə dəfə kəsildi. Dominos pizza

Hadisə yerinə Azərbaycan Televiziyasının maşını da yaxınlaşdı. Biz istədik ki, Azərbaycan Televiziyasının texniki imkanlarından istifadə edərək, ziyalılarımız çıxış etsinlər, aksiyanı idarə etsinlər. Lakin imkan vermədilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!