“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tender elan edib.
“Yeni Sabah” xəbər verir ki, tender internet vasitəsilə canlı yayımı həyata keçirmək üçün mobil cihazların və onun aksesuarlarının satın alınması üçün olunub.
Tender iştirakçılarına təklif olunur ki, öz təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 200 manat iştirak haqqını ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli (tender komissiyasının əlaqələndiricisi - Hürmüz Sadıxzadədən, telefon-537-02-93) ünvandan ala bilərlər. Sezar pizza
İddiaçılar tenderdə iştirak üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 iyun 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 27 iyun 2019-cu il saat 15.00-a qədər, Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.
Telegram kanalımız