AzTV-də kütləvi ixtisar – Alışanovun kadrları kənarlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

AzTV-də kütləvi ixtisar – Alışanovun kadrları kənarlaşdırıldı

Rəqəmsal

05 Mart 2019 19:44 1488


AzTV-nin yeni rəhbərliyi  kadr islahatlarını davam etdirir. Bu dəfə işdən çıxarılanlar arasında QSC sədrinin köməkçisi Fərman Orucov və Kadrlar və Xüsusi işlər İdarəsinin rəisi Mənsur Bayramovun da adı var. 

Xatirə Qasımova isə telekanalın Mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilərək eyni qurumun nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasına göndərilib. Eyni zamanda, telekanalın Şahin İbrahimov və Tural Həmidzadə  adlı əməkdaşları da tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Belə ki, Şahin İbrahimov Arif Alışanovun rəhbərliyi dövründə adıçəkilən televiziyada çəkilişlərdən kanala daxil olan qeyri-leqal pulları yığmaqla məşğul olduğu üçün o, “kassir Şahin” kimi  tanınıb. Daha sonra keçmiş rəhbərlik eyni missiyanı yerinə yetirməsi üçün onu  İTV-yə  göndərib. Lakin Balakişi Qasımovun İTV-in direktoru təyin edilməsindən az sonra AzTV-nin köhnə rəhbərliyinin təyin etdiyi bir sıra kadrlar, o cümlədən Şahin İbrahimov yenə eyni əməl və məlum missiyası ilə gündəmə gəlib.  Pepperoni pizza

Daha sonra Şahin İbrahimov yenidən AzTV-nin köhnə rəhbərliyi tərəfindən ora gətirilsə də,  yeni rəhbərliyin qərarı ilə Şahin işdən uzaqlaşdırılıb. Digər uzaqlaşdırılan Tural Həmidzadə isə İdman-Azərbaycan kanalında çalışırmış. 

Qeyd edək ki, Aztv-də kadr islahatları davam edir, studiyalar yenidən qurulur, yaradıcı şəxslərə mühüm önəm verilir, canlı veriliş tok-şouların sayı artırılır. Bundan başqa, televiziya filmləri və tamaşalarının illik planı da artıq təsdiqlənib.  

Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!