AzTV-də nə baş verir? – Keçmiş diktordan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

AzTV-də nə baş verir? – Keçmiş diktordan açıqlama

Rəqəmsal

01 May 2019 12:18 2009


Azərbaycan Dövlət Televiziyasının sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov vaxtilə AzTV-də işləmiş radio və televiziya diktorlarını görüşə dəvət edib.

“Yeni Sabah” görüşlə bağlı xalq artisti,  diktor Ofeliya Sənaninin təəssüratlarını öyrənib. 

Diktor bildirib ki, AzTV-yə  Rövşən Məmmədovun xüsusi dəvəti ilə gediblər: Sezar pizza

“Yeni sədr bizi çox mehriban, gülərüz qarşıladı. Elə bil ki, neçə illərdir bizimlə birilikdə çalışır. Əvvəllər biz dövlət televiziyasına getmək üçün qabaqcadan müraciət edirdik ki, içəri girərkən problem yaşamayaq. Lakin Rövşən müəllim istədiyimiz zaman buraya gələ biləcəyimizi, hər zaman buranın işçisi olduğumuzu bildirdi. 

O həmçinin  bütün ideya və təklifləri dəyərləndirməyə hazır olduğunu qeyd etdi. Bundan əlavə yeni veriliş formatları və diktorluğun inkişafı müzakirə olundu. Rövşən Məmmədovun özü də yaxşı diktor və şəhrçidir”.

Jurnalistikanın indiki və keçmiş dövrlərini müqayisə edən Ofeliya Sənani o zaman jurnalistlərin  çox güclü olduğunu vurğulayıb:

“O vaxtlar televiziyada eyni formatda heç nə görmək mümkün deyildi. Diktor bir verilişdə dediyi sözləri ikinci verilişdə demirdi. İşlətdikləri sözlər adamın ürəyinə yağ kimi yayılırdı. O dövrün junalistləri ayrılıqda sanki bir yazıçı idi. Amma indi jurnalistlərimizin fantaziyaları quruyub”.

Əcəmi Əsədulla


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!