AzTV-dən Zeynəb Xanlarova açıqlaması –   Ənənə bu il də davam edəcək?

saytların hazırlanması

Evə çatdırılma

AzTV-dən Zeynəb Xanlarova açıqlaması – Ənənə bu il də davam edəcək?

Mədəniyyət

19 Dekabr 2019 14:37 1843


Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın səhhətində problem yarandığı haqda məlumatlar yayılıb. 

Məlumatda qeyd edilir ki, Zeynəb Xanlarova ABŞ-a köçməsi, bu ölkədə fond yaratması, çirkli pulların yuyulmasında adının hallandırılması barədə xəbərlərdən sarsılıb. Bu isə onun səhhətinə mənfi təsir göstərib. Hazırda Bakıda olan Xalq artistinin sağlıq durumunun o qədər də yaxşı olmadığı bildirilir. Onun həkim nəzarətində olduğu qeyd edilir.

Bundan əlavə Z. Xanlarova səhətti ilə bağlı Milli Məclisin də bəzi iclaslarında iştirak edə bilmirdi. Bunu parlamentin İntizam Komissiyasının sədri Ağacan Əbiyev demişdi. Pepperoni pizza

Bəs görəsən, hər il ənənəvi olaraq AzTV yeni il şənliklərində ənənəvi olaraq iştirak edən Xalq artisti bu il də kanalın konsert proqramında yer alacaqmı?

Məsələ ilə bağlı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanovla əlaqə saxladıq. M.Aslanov “Yeni Sabah”a açıqlamasında builki konsert proqramında da Zeynəb Xanlarovanın yer alacağını açıqlayıb. 

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!