AzTV işçi axtarır

saytların hazırlanması

Evə çatdırılma

AzTV işçi axtarır

Rəqəmsal

15 Mart 2019 14:08 2030


Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Teleradio Akademiyası dinləyicilərin qəbulu ilə bağlı müsabiqə elan edir.

Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən "Yeni Sabah"a verilən məlumata görə, müsabiqədə aparıcı, reportyor, redaktor, rejissor, montajçı və operator peşəsinə yiyələnmək istəyənlər iştirak edə bilərlər.

Müsabiqəyə 30 yaşına qədər ali və ya natamam ali təhsili olan şəxslər qatıla bilərlər. Aparıcı və reportyor kurslarına qatılmaq istəyənlərin nitq qabiliyyəti və xarici görünüşü efirə uyğun olmalıdır. Dominos pizza

Müsabiqədən keçən dinləyicilər:

Teleradio Akademiyasında təhsil almaq imkanı qazanacaqlar;

Kursu bitirdikdən sonra onlara Teleradio Akademiyasının sertifikatları təqdim olunacaq;

Dinləyicilərin ən istedadlıları Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də işlə təmin olunacaqlar.

Tədris Teleradio Akademiyasının tanınmış peşəkar mütəxəssisləri və xaricdən dəvət olunmuş müəllimlər tərəfindən aparılacaq.

Dinləyicilər CV-lərini 2019-cu il aprelin 15-dək qeyd olunan e-mail ünvanına göndərə bilərlər: tvakademiya@aztv.az

Əlaqə nömrələri: 537 02 46, 537 02 32, mobil: 050 621 54 41.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • imaməliyem Namiq Kərəm oğlu
    Salam sürücü işi ücün müraciət etdim təcrübəm var 10.11.2005 BP və SOKAR AQŞ MMC də sürücü iləmişəm
    2 years ago
  • Anar Məmmədov
    Salam. Operator işi üçün müraciət etdim.təcrübəm var.Space və Arb 24 də çalışmışam.sizinlə çalışmaqda məmnun olaram.
    2 years ago