Atası da gənc yaşında vəfat edibmiş - Bahadur Nəsirovun ölümünün   TƏFƏRRÜATLARI

saytların hazırlanması

Evə çatdırılma

Atası da gənc yaşında vəfat edibmiş - Bahadur Nəsirovun ölümünün TƏFƏRRÜATLARI

Hadisə

16 Mart 2026 10:45 1200


Gənc diktor Bahadur Nəsirovun ölümünün təfərrüatları məlum olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, mərhum artıq çəkidən əziyyət çəkirmiş.

Yaxınlarının dediyinə görə, B.Nəsirovun atası da 43 yaşında qəfil ürəktutmasından vəfat edib: Toyuqlu pizza

“Tez-tez atasının ölümündən danışırdı. Bahadur Nəsirovun atası da köklükdən əziyyət çəkirmiş və elə bu səbəbdən də gənc yaşında ürəktutmasından dünyasını dəyişib. Bu hadisə Bahadurun düşüncəsində bir növ fobiyaya çevrilmişdi və özünün də erkən yaşda dünyasını dəyişəcəyindən qorxurdu. Çünki özü də kök adam idi, artıq çəkidən əziyyət çəkirdi”.

Yaxınları bildirib ki, B.Nəsirov dövlət televiziyasının strukturunda fəaliyyət göstərtən “Beynəlxalq” radionun direktor müavini vəzifəsindən çalışıb, bu ilin yanvar ayında öz ərizəsi ilə işdən ayrılıb.

O, turizm sahəsində özünün şəxsi biznesini qurubmuş, şirkət təsis edibmiş.

Nazim Hacıyev

***

09:11

Azərbaycan Televiziyasının (AzTV) kollektivinə ağır itki üz verib.

"Yeni Sabah" xəbər verir ki, qurumda Beynəlxalq Radionun direktor müavini Bahadur Nəsirov vaxtsız dünyasını dəyişib.

38 yaşlı B.Nəsirov bu gün səhər saatlarında qəfil keçinib. Onun ölüm xəbərini həmkarı Sevinc İsmayılqızı ictimaiyyətə çatdırıb.

Mərhumun bir azyaşlı övladı yadigar qalıb.

Allah rəhmət eləsin.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • nasiri
    Salam, hər vaxtınız xeyir. Ailəsi və yaxınları olaraq Nəsirov Bahadur haqqında yayılan məlumatların düzgün olmadığını nəzərə alaraq, sizdən xahiş edirik ki, bu barədə doğru və dəqiq məlumatı yenidən paylaşasınız. Dezinformasiya nəticəsində ailəmizə əlavə yük düşür ki bu məlumatl təqzib etməklə bu həm vaxt itkisi , həm mənəvi, həm də ictimai baxımdan narahatlıq yaradır. Bu səbəbdən, xəbərinizin yenidən doğru şəkildə təqdim olunmasını tələb edirik. Zəhmət olmasa, bu xahişimizi nəzərə alaraq lazımi düzəlişləri edəsiniz. Öncədən təşəkkürümüzü bildiririk.
    2 months ago