AzTV-nin rəhbərindən yeni təyinatlar

saytların hazırlanması

Evə çatdırılma

AzTV-nin rəhbərindən yeni təyinatlar

Rəqəmsal

02 Sentyabr 2019 19:08 1836


AzTV- nin ABŞ və Mərkəzi Amerika ölkələri üzrə bürosuna yeni təyinatlar olub.

“Yeni Sabah” BakuPost-a istinadən xəbər verir ki, bununla bağlı televiziyanın sədr əvəzi Rövşən Məmmədov əmr imzalayıb.

Əmrə əsasən həmin büroya tanınmış jurnalist Şaiq Məmmədov rəhbər, Elgün İbrahimov isə operator təyin olunublar. Sezar pizza

Xəbəri AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov təsdiqləyib.

Şaiq Məmmədov 2013-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək İctimai Televiziya və Radio Yayımları Şirkətində Baş direktorun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, R.Məmmədov AzTV rəhbər kimi çalışdıqdan sonra kanalın simasında xeyli dəyişikliklər edib, ciddi kadr islahatları aparıb, yeni layihələrə start verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!