Xəbər verdiyimiz kimi AzTV-nin yeni sədri Rövşən Məmmədli R.Məmmədli kanalda yeni baş redaktor təyin edib. Qərara görə, kanalın yeni baş redaktoru vəzifəsinə tanınmış yazıçı Azər Qismət təyin edilib.
Bununla bağlı Azər Qismət “Yeni Sabah”a danışıb. O bildirib ki, bir neçə günə tam fəaliyyətə başlayacaq:
“Ədəbi dram verilişləri üzrə baş redaktor təyin edildim. Demək olar ki, fəaliyyətdəyəm. Lakin tam olaraq hardasa iki günə fəaliyyətə başlayacam. Kanalda yeni layihələrlə çıxış edəcəyik. Bununla bağlı şairləri, yazıçıları dəvət etmək fikrimiz var”. Dominos pizza
Qeyd edək ki, A. Qismətə qədər bu vəzifəni Sadıq Elcanlı icra edirdi. O, isə “Telefilm” yaradıcılıq birliyinə baş redaktor göndərilib. Azər Qismət "İç xəbər" verilişinin aparıcısı kimi tanınıb və bir müddət ANS-də baş redaktor olub. Hekayə, novella və romanlar müəllifidir.
Telegram kanalımız