AzTV Rəşad İlyasov məsələsini  müzakirə edəcək

saytların hazırlanması

Evə çatdırılma

AzTV Rəşad İlyasov məsələsini müzakirə edəcək

Rəqəmsal

08 Aprel 2019 21:37 1323


"Space" telekanalının "Hər səhər" verilişində müğənni Rüfət Axundovun işlətdiyi qeyri-etik ifadələr ölkə gündəmini zəbt edib. Hətta bu söyüş ifaçının Azərbaycan telekanallarına qadağası ilə nəticələnib. Azərbaycan Dövlət Televiziyasının (AzTV) solisti olan Rəşad İlyasov da həmin veriliş qonağı olub.

Bundan sonra Rəşad İlyasovun AzTV-nin solistliyindən çıxarılacağı ilə bağlı fikirlər səsləndirilir. Qeyd edilir ki, bu məsələ AzTV-nin nəzdində olan Bədii Şurada ciddi müzakirəyə çıxarılacaq.

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən şuranın üzvü, Əməkdar incisənət xadimi Faiq Sücəddinov bununla bağlı indi heç nə deyə bilməyəcəyini deyib: “Bilirsiniz, mənim bu məsələ haqqında bir şey deyə bilmərəm. Bədii Şura sonuncu dəfə aprelin əvvəli toplanmışdı. Növbəti toplantı isə ayın 14-nə gözlənilir. Bu məsələ də o toplantıda müzakirə olunacaq. Ondan sonra məlumat verəcəm”. Toyuqlu pizza

Əcəmi Əsədulla


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!