AzTV Rəşad İlyasova qadağa qoydu

saytların hazırlanması

Evə çatdırılma

AzTV Rəşad İlyasova qadağa qoydu

Şou

16 Aprel 2019 17:20 1042


"Space" telekanalının "Hər səhər" proqramında Rüfət Axundov və Rəşad İlyasovla bağlı yaşanan hadisəyə Azərbaycan DövləT Televiziyası (AzTV) da biganə qalmadı.

Belə ki, Rəşad İlyasovun solisti olduğu AzTV müğənniyə efir qadağası qoyub.  Bunu “Yeni Sabah”a açıqlamasında AzTV-nin nəzdində fəaliyyət göstərən Bədii Şuranın üzvü, bəstəkar  Faiq Sücəddinov deyib. O bildirib ki, bu hadisələrə göz yummaq yol verilməzdir:

“Televiziyaya milyonlarla insanlar baxır. Onların gözünün önündə belə şeylər etmək olmaz, ayıbdır. Biz də Bədii Şura olaraq belə qərara gəldik ki, solistimizə 6 aylıq efir qadağası qoyaq”. Sezar pizza

Qeyd edək ki, "Space" kanalının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasov xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Əcəmi Əsədulla


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!