AzTV Rusiyanı hədəf aldı: “Onda biz də başlayaq”

saytların hazırlanması

Evə çatdırılma

AzTV Rusiyanı hədəf aldı: “Onda biz də başlayaq”

Siyasət

24 Oktyabr 2022 16:51 1026


Dünən Azərbaycan Televiziyasının “Həftə” verilişində Rusiya haqqında tənqidi fikirlər səsləndirilib.

AzTV-nin sədri və verilişin aparıcısı Rövşən Məmmədov Rusiyanın bəzi aparıcı və kanallarının Azərbaycan əleyhinə apardığı təbliğatı cavablandırmaq qərarına gəlib.

“Medianın dövlət siyasətinin təbliğatçısı missiyasını yetirə yetirdiyini nəzərə alsaq, Rusiyanın “Birinci” kanalının ölkəmizə qarşı açıq təxribat və təhqir xarakterli tok-şounu hazırlaması adi proqram kimi yox, məhz rəsmi dairələrin fikirləri və tapşırıqları qənaətini doğurur. Əgər elədirsə, onda biz də başlayaq. Rusiyanın Ukrayna ərazisində aparığı müharibə məhz zorakılıqdır, işğalçılıq müharibəsidir, qarşı tərəfin ərazi bütövlüyünə açıq təhdiddir. Odur ki, Donetsk, Luqansk, Xerson və Zaporojyenin Rusiyanın ərazisinə qatılması beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır, işğal faktıdır... Pepperoni pizza

Görünür, Rusiya və dırnaqarası həmkarlarımız bizdən məhz bu sözləri eşitmək istəyirdi. O zaman buyurun! Bu gün Rusiyanın Ukrayna ərazisində dinc insanların yaşadığı əraziləri bombalaması müharibə qanunlarının pozulması, insanlığa qarşı törədilən cinayətdir, bəşəri cinayət”, - R.Məmmədov bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!