AzTV Şuşada yayıma başladı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

AzTV Şuşada yayıma başladı - Fotolar

Rəqəmsal

25 Dekabr 2020 18:21 1830


Teleməkanda ilk dəfə olaraq Şuşada yayıma Azərbaycan Televiziyası (AzTV) başlayıb. 

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenisabah.az-a verilən xəbərə görə, Şuşada Azərbaycan Televiziyasına baxmaq və 105 FM radiosunu dinləmək mümkündür. 

“Müharibə bitdikdən bir neçə gün sonra televiziyamızın yayımını bərpa etmək üçün işlərə başladıq. Ötürücü avadanlıqlar quraşdırıldı və həmin günlərdən TV-yə Şuşada baxmaq və radionu dinləmək mümkün oldu. Əsas məqsədimiz işğaldan azad olunmuş bütün torpaqlarımızda tezliklə yayımı bərpa etməkdir”, - deyə şöbədən bildirilib. Dominos pizza

Bundan başqa, AzTV-nin Şuşa bürosunun yaradılması da nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!