Teleaparıcı Elçin Əlibəyli telekanallarda keyfiyyətin artırılması üçün bir sıra addımların atılmasının vacib olduğunu bildirib.
“Yeni Sabah” xəbər verir ki, bununla bağlı o bir neçə təklif irəli sürüb. Hesab edir ki, bütün bunlar təxirə salınmaz tədbirlər kimi gecikmədən həyata keçirilməlidir: “Böyük əminliklə deyirəm ki, nəticədə qısa müddətdə televiziyaların yayım keyfiyyətində böyük sıçrayış baş verəcək. Bir məsələ də önəmlidir dövlət və ictimai televiziyalar ildə bir dəfə Milli Məclisdə fəaliyyətləri barədə hesabat verməlidirlər”.
E. Əlibəyli telekanalların inkişafı üçün aşağıdakı təklifləri irəli sürüb: Dördpendirli pizza
- Kabel televiziyaları vasitəsi ilə yayımlanan xarici (əsasən Türkiyə və Rusiya) tv-lərin bir neçə əsas baxımlı olanlarının reklam vaxtı bloklanmalı, əvəzində müxtəlif (sosial da ola bilər) çarxlar verilməlidir. Xarici kanallara baxımlılıq dərəcəsinin çoxalması transmilli şirkətlərin yerli reklam bazarına vəsait ayırması kəskin azalıb. Bunun nəticəsi kimi yerli telekanallar daha acınacaqlı duruma düşəcəklər;
- Dövlət tərəfindən maliyyələşən AzTV və İTV-nin reklam yerləşdirməsi qadağan olunmalıdır. Onsuz da maliyyəni dövlətdən alan bu kanallar reklam vaxtlarını ucuz təklif etməklə rəqabət imkanlarını məhdudlaşdırırlar;
- MTRŞ-ın səlahiyyətlərinə yenidən baxılmalı, özəl kanalların aldığı lisenziya müqabilində üzərinə götürdüyü əsas öhdəlikləri yerinə yetirməməsi hallarında daha kəskin cəzaların tətbiq olunması imkan verən qanunverici baza yaradılmalıdır. Söhbət verilişlərin məzmunu və ictimai əhəmiyyətindən gedir;
- Dövlət büdcəsindən MTRŞ-a pul ayrılmalıdır ki, onun əsasında dövlətçiliyin, mənəvi dəyərlərin, mədəniyyətin təbliğinə yönəli verilişlərin hazırlanmasını prodakşnlar arasında tender keçirmək yolu ilə təmin etsin;
- AGB şirkətinin baxımlılıq reytinqlərinə alternativ MTRŞ-ın saytında onlayn səsvermə yolu ilə verilişlərin baxımlılığı, ictimai əhəmiyyəti və aparıcılar haqqında həftəlik və aylıq ictimai rəyini təqdim etməsi təmin olunmalıdır;
- Milli şirkətlərin qanunvericiliklə mədəni və maarifləndirici proqramlarına sponsorluğu stimullaşdırılmalıdır;
- Nazirlik, icra hakimiyyətləri və bələdiyyələrin özəl TV-lərlə işini qurmaq, onların sifarişi ilə profillərinə uyğun təbliğedici sosial-mədəni layihələr hazırlanmalıdır;
- Peşəkar kadrların hazırlanması üçün Televiziya, Radio və Elektron Media Akademiyası yaradılmalıdır.
- TV-lərdə sosial araşdırmalar departamentlər yaradılmalıdır.
Telegram kanalımız