“1956-cı il fevralın 14-də Bakı Televiziya Studiyası fəaliyyətə başlayıb. Sonra BTS Azərbaycan Televiziyası adlandırılıb. Bundan başqa 2011-ci il 14 fevralda “Mədəniyyət” telekanalı efirə çıxıb”.
Bu sözləri AzTv-nin mətbuat katibi Xatirə Qasım televiziyanın yaranma günü münasibətilə danışarkən deyib. O bildirib ki, fevralın 14-ü ikiqat bayramdır:
“Dünən Azərbaycan Dövlət Akademik Filarmoniyasında bugün münasibətilə təntənəli tədbir keçirilib, konsert olub. AzTV-nin əməkdaşları mərasimdə iştirak ediblər. pizza sifarişi
X. Qasım bildirib ki, bu gün bütün verilişlər, proqramlar Azərbaycan televiziyasının ilk dəfə efirə çıxmasına həsr olunub:
“Artıq səhər verilişindən başlayaraq AzTV və Mədəniyyət televiziyasının əməkdaşları, aparıcıları, bir sözlə, yaradıcı və texniki kollektivin üzvləri veriliş və proqramlarda iştirak edirlər.
Bu günlərdə bizim yeni layihələrimiz efirə çıxacaq. Sadəcə yaradıcılıq sirrinə görə əvvəlcədən açıqlama vermirik. Amma bir sıra yeniliklər olacaq”.
Əsmər Qabil
Telegram kanalımız