Saatlıda azyaşlılara tütün məmulatları satan şəxs cərimələnib.
DİN-dən “Yeni Sabah” a verilən məlumata əsasən, Saatlıda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib.
Reyd nəticəsində rayonun Şirinbəyli kəndi ərazisində 1 mağaza satıcısının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması aşkar edilib. Pepperoni pizza
Polis əməkdaşları tərəfindən həmin iaşə obyektinin satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub və 100 manat cərimə olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.
Telegram kanalımız