Azyaşlını avtomobillə vuraraq qaçan sürücü saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Azyaşlını avtomobillə vuraraq qaçan sürücü saxlanılıb

Kriminal

08 Fevral 2019 17:30 1132


Bakıda azyaşlını avtomobillə vuraraq qaçan sürücü saxlanılıb. 

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, bu il yanvarın 31-də saat 18 radələrində Nərimanov rayonunun X.Şuşinski küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini olan azyaşlı vurulub. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Nərimanov rayon Polis İdarəsi16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasının “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib. Hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini E.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Marqarita pizza

Faktla bağlı araşdırma aparılır. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!