Baba və 2 yaşlı nəvəsi yanaraq öldü -   Masallıda dəhşətli hadisə

saytların hazırlanması

Evə çatdırılma

Baba və 2 yaşlı nəvəsi yanaraq öldü - Masallıda dəhşətli hadisə

Hadisə

01 Aprel 2026 13:50 805


Masallı rayonunda evdə baş verən yanğın nəticəsində baba və nəvəsi ölüb.

“Yeni Sabah”ın xəbərinə görə, hadisə Qızılağac kəndində qeydə alınıb.

Təxminən 200 kvadratmetrlik evdə başlayan yanğın qısa müddətdə genişlənib və nəticədə 1967-ci il təvəllüdlü Abdullayev Camələddin Həsənağa oğlu və onun 2 yaşlı nəvəsi Məmmədzadə Məhərrəm Mehman oğlu ölüb. pizza hut

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub, yanğın sonradan söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı hər iki şəxsin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerinə gələrək vəziyyətlə tanış olublar.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!