"Sovet dönəmində çap etdirə bilmədiyim yazılar var idi. Onlar bu gün də qalıb. İstəyirdim ki, o zamanlar dərc edilsin. Sadəcə, o dövrün tələbləri ilə düz gəlmirdi".
Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.
"Üzə düz" proqramında qonaq olan Vəziroğlu vaxtilə yazdığı kitaba görə həbs ediləcəyini açıqlayıb:
"Birinci kitabım Dövlət Təhlükəsizlik Komitəsində müzakirə olundu. Az qala məni həbs edirdilər. Orada bir yazıçı, bir akademik rəy yazdı. Dedilər ki, bu adamı cəmiyyətdən kənarlaşdırmaq lazımdır, anti-sovet təbliğatı ilə məşğuldur. O zaman görkəmli şəxsiyyət Bəxtiyar Vahabzadə məni müdafiə etdi. Bir məqalə yazdı, həm "Ədəbiyyat" qəzetində çap etdirdi, həm də o kitaba önsöz kimi əlavə etdi. Dedi ki, onun arxasında mən dayanmışam. Ondan sonra hamı susdu. Haqqımda rəy yazan yazıçını bağışladım. Akademik rəhmətə gedib, yazıçı yaşayır".
Sözügedən proqramı təqdim edirik:
Telegram kanalımız