Baba Vəziroğlu üçün özəl gün: Yubiley yaşına çatdı 

saytların hazırlanması

Evə çatdırılma

Baba Vəziroğlu üçün özəl gün: Yubiley yaşına çatdı 

Yazar

10 Yanvar 2024 09:37 13790


Bu gün əməkdar incəsənət xadimi, nasir, şair, kinodrammaturq Baba Vəziroğlunun doğum günüdür. Onun 70 yaşı tamam olur. 

Yenisabah.az bildirir ki, Baba Vəziroğlu 10 yanvar 1954-cü ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləyib, oradan da ADU-nun hazırlıq fakültəsinə göndərilib. Universitetin jurnalistika fakültəsində təhsil alıb. Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı olub, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləyib. "Molla Nəsrəddin" jurnalının baş redaktoru olub. 1991-ci ildə  Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilib.

Baba Vəziroğlu nəğməkar şair kimi tanınır və sevilir. Mindən artıq şeirinə mahnı bəstələnib. "Həsən Seyidbəyli", "Yeri boş qalan adam" (Rəşid Behbudov), "Sənsiz və ya ömrün son axşamı" (Həsən Turabov), "Haradan başlanır vətən", "Elegiya" (Zərifə Əliyeva), "Beş nəğməlik ömür" (Oqtay Kazımov) və s. sənədli filmlərin ssenari müəllifidir. İ. Karacalenin "İtirilmiş məktub" dram əsərini Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etdiyinə görə SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna layiq görülüb. Gənc yazıçıların Moskvada keçirilən VIII Ümumittifaq müşavirəsində nümayəndə kimi iştirak edib. "Humay" mükafatı laureatı, Respublikanın əməkdar incəsənət xadimidir. 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.  Dördpendirli pizza

Ailəlidir, iki qızı, bir oğlu var. 

İstedadlı qələm adamını ürəkdən təbrik edirik! 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!