Baba Vəziroğlu: “O xalq yazıçısı mənim ölüm fərmanımı imzaladı“

saytların hazırlanması

Evə çatdırılma

Baba Vəziroğlu: “O xalq yazıçısı mənim ölüm fərmanımı imzaladı“

Yazar

01 Noyabr 2021 14:42 3236


Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu yaradıcılığı ilə bağlı bir sıra maraqlı açıqlamalar edib.

Yenisabah.az xəbər verir ki, şair kulis.az-a müsahibəsində nəsrdən poeziyaya keçməyinin səbəbini açıqlayıb:

“Nəsrdən mənim başım çox çəkdi. İlk nəsr kitabım çap olanda bir akademikimiz, bir də Xalq yazıçımız həmin kitab haqqında dəhşətli bir "antisovet” rəy yazıb göndərdilər KQB-yə. Həmin akademik, o Xalq yazıçısı mənim ölüm fərmanımı imzaladı. Adlarını çəkmək istəmirəm. Həmin akademik rəhmətə gedib, Xalq yazıçısı isə hələ də sağdı, çox yaşlı yazıçıdır. Allah onun canını sağ eləsin (gülür). Bax, belə şeylərə görə başım çox ağrıdı. O vaxt Mərkəzi Komitədə mədəniyyət şöbəsinin müdiri Vəfa Quluzadə idi. O mənə dəstək oldu. Həmin məsələdə Bəxtiyar Vahabzadə də mənə çox böyük dəstək oldu. Kitaba aid böyük bir məqalə yazıb məni müdafiə elədi”. Sezar pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!