Babayanın komandası çat verir - Separatçılar gizlicə toplaşır

saytların hazırlanması

Evə çatdırılma

Babayanın komandası çat verir - Separatçılar gizlicə toplaşır

Dünya

19 Yanvar 2024 10:43 511


Keşmiş Qarabağ separatçısı Samvel Babayanın komandasında çatlar yaranıb. Onun Ermənistandakı fəaliyyəti ilə bağlı parlament fraksiyasında müxtəlif fikirlər var.

Yenisabah.az “Hraparak”a xəbər verir ki, bu barədə məlumat yayıb.

2 gün əvvəl separatçı rejim “milli məclis”inin qapalı iclasında Babayanın “Vahid Vətən” “fraksiyası”nın deputatı Qohar Sarkisyan qrupdan çıxmaq barədə qərar qəbul edib. Bundan başqa, “parlament sədri” vəzifəsini icra edən və S. Babayanın “partiyası”ndan olan Qaqik Baqunts da artıq yaxasını qırağa çəkib. Sezar pizza

Separatçı “parlament”in iclas sessiyası gizli saxlanılıb. Bu, “Artsax” nümayəndələrinin Ermənistana gəlməsindən sonra ikinci sessiyasıdır. Ola bilsin ki, “deputatlar” Ermənistan hakimiyyətinin təzyiqinə təslim olublar. Çünki hakimiyyət rəsmiləri dəfələrlə öz çıxışlarında bəyan ediblər ki, Xankəndidən gələn “siyasilər” Ermənistanın təhlükəsizliyinə zərbə vururlar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!