“Rusiya Xalq Birliyi” partiyasının lideri Sergey Baburin Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində namizədliyini geri götürüb.
Yenisabah.az “Radio Svoboda”ya istinadla xəbər verir ki, o, rusiyalıları Rusiya prezident seçkilərində Vladimir Putinin namizədliyini dəstəkləməyə çağırıb.
Agentlik yazır ki, Baburin bu gün səhər saatlarında sənədləri və imzaları Rusiya Federasiyasının Prezidenti seçkilərində qeydiyyat üçün Mərkəzi Seçki Komissiyasına təqdim edib. Sezar pizza
Xatırladaq ki, Rusiyada prezident seçkiləri bu ilin 15-17 mart tarixlərində keçiriləcək. Dünən MSK Rusiya prezidenti vəzifəsini icra edən, özünün namizədliyini irəli sürmüş Vladimir Putinin prezidentliyə namizədliyini qeydə alıb. Hazırda MSK üç namizədi qeydə alıb.
Telegram kanalımız