Badamdarda ikimərtəbəli ev yandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Badamdarda ikimərtəbəli ev yandı - Video

Hadisə

22 Fevral 2025 14:55 397


Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Marqarita pizza

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 300 kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində səkkizotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 40 kv.m. sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!